Al-Mumtahanah surəsi, ayə 12

60:12

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـٔٗا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٖ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٖ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١٢

Yā'ayyuhan-nabiyyu idhā jā'akal-mu'minātu yubāyi'naka 'alā al lā yushrikna billāhi shay'an walā yasriqna walā yaznīna walā yaqtulna awlādahunna walā ya'tīna bibuhtānin yaftarīnahū bayna aydīhinna wa arjulihinna walā ya'sīnaka fī ma'rūfin fabāyi'hunna wastaghfir lahunnallāha innallāha ghafūrur rahīm

Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasında olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Ey Peyğəmbər! Məkkənin fəthi günü olduğu kimi, əgər mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, əksinə, tək Allaha ibadət edəcəklərinə, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını cahiliyyətdən qalmış adətə görə öldürməyəcəklərinə, ərlərindən olmayan uşaqlarını yalandan onlara isnad etməyəcəklərinə və ölü üçün vay-şüvən salıb ağlamaq, saçları qırxmaq və paltarın yaxasını cırmaq kimi qadağan edilmiş əməllərdə sənə asi olmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəldikləri zaman onların beyətini qəbul et və onlar beyət etdikdən sonra Allahdan onların günahları üçün bağışlanma dilə. Həqiqətən də, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.