Al-Mu'minun surəsi, ayə 96

23:96

ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ ٩٦

Idfa' billatī hiya ahsanus-sayyi'ata nahnu a'lamu bimā yasifūn

Sən pisliyi yaxşılıqla dəf et. Biz onların vəsf etdikləri sifətləri (Allaha şəriklər qərar verdiklərini və ya sənin barəndə dediklərini) daha yaxşı bilirik.

Təfsir

Ey Peyğəmbər! Sənə pislik edəni görməzdən gələrək və onun əziyyətin qarşı səbir edib, bağışla və o pisliyini gözəl bir şəkildə dəf et. Biz onların Allahı şərik və yalanlarla vəsf etmələrini və səni də nalayiq sözlərlə: sehribaz və dəli kimi adlarla adlandırmalarını yaxşı bilirik.