نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ ٥٦
Nusāri'u lahum fil-khayrāti bal lā yash'urūn
onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bunu) hiss etmirlər.
Təfsir
Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var-dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?! Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk. Lakin onlar bunu dərk etməzlər.