Al-Mulk surəsi, ayə 16

67:16

ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ١٦

A'amintum man fis-samā'i an yakhsifa bikumul-arda fa idhā hiya tamūr

(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.

Təfsir

Göydə olan Allahın, yer üzünü sizin məskunlaşmanız üçün asanlaşdırdıqdan sonra, Qarunun ayağı altındakı yeri yardığı kimi, sizin də ayağınızın altındakı yeri yarıb sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib sizi titrətəcəkdir.