Al-Mulk surəsi, ayə 17

67:17

أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ١٧

Am amintum man fis-samā'i an yursila 'alaykum hāsiban fasata'lamūna kayfa nadhīr

Yaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz.

Təfsir

Yoxsa, göydə olan Allahın göydən Lut qövmünün üstünə daşlar yağdırdığı kimi, sizin də üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim verdiyim cəzanı gördüyünüz zaman sizə olan xəbərdarlığımın nə olduğunu biləcəksiniz. Lakin əzabı gördükdən sonra bu xəbrədalığın sizə heç bir faydası olmayacaqdır.