ءَأَشۡفَقۡتُمۡ أَن تُقَدِّمُواْ بَيۡنَ يَدَيۡ نَجۡوَىٰكُمۡ صَدَقَٰتٖۚ فَإِذۡ لَمۡ تَفۡعَلُواْ وَتَابَ ٱللَّهُ عَلَيۡكُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١٣
A'ashfaqtum an tuqaddimū bayna yaday najwākum sadaqātin fa idh lam taf'alū watāballāhu 'alaykum fa aqīmus-salawāta wa ātuz-zakawāta wa atī'ullāha warasūlahū wallāhu khabīru bimā ta'malūn
Yoxsa siz gizli söhbətinizdən öncə sədəqələr verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etmədinizsə (sədəqə vermədinizsə) və Allah da tövbənizi qəbul edibsə, o zaman namaz qılıb zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Yoxsa siz Peyğəmbərlə gizli söhbətinizdən əvvəl sədəqə verəcəyiniz təqdirdə kasıblayacağınızdan qorxdunuz? Əgər siz Allahın sizə əmr etdiyini yerinə yetirməmisinizsə və Allah da, verdiyi rüsxət sayəsində bu sədəqəni tərk etdiyinizə görə tövbənizi qəbul edibsə, onda namazı kamil şəkildə qılın və mallarınızın zəkatını verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizin etdiklərinizin əvəzini verəcəkdir.