Al-Mujadilah surəsi, ayə 14

58:14

۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِم مَّا هُم مِّنكُمۡ وَلَا مِنۡهُمۡ وَيَحۡلِفُونَ عَلَى ٱلۡكَذِبِ وَهُمۡ يَعۡلَمُونَ ١٤

Alam tara ilal-ladhīna tawallaw qawman ghadiballāhu 'alayhim mā hum minkum walā minhum wayahlifūna 'alal-kadhibi wahum ya'lamūn

(Ey Peyğəmbər!) Məgər sən, Allahın qəzəbinə gələn bir qövmlə (yəhudilərlə) dostluq edənləri (münafiqləri) görmədinmi? Onlar (münafiqlər) nə sizdəndirlər, nə də onlardan (yəhudilərdən). Onlar bilə-bilə yalandan and içirlər.

Təfsir

Ey Peyğəmbər! Məgər sən, öz küfrləri və asilikləri üzündən Allahın qəzəbinə gəlmiş yəhudilərlə dostluq edən münafiqləri görmürsənmi?! Bu münafiqlər nə möminlərdəndirlər, nə də yəhudilərdən. Onlar dəyişkəndirlər, nə bunlara, nə də onlara tərəf olurlar. Onlar müsəlman olduqlarına və müsəlmanlar barədə yəhudilərə heç bir məlumat vermədiklərinə dair yalandan and içirlər.