فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ٤٨
Famā tanfa'uhum shafā'atush-shāfi'īn
Şəfaətçilərin şəfaəti onlara fayda verməz.
Təfsir
Qiyamət günü mələklərdən, peyğəmbərlərdən və əməlisaleh insanlardan şəfaət edənlərin vasitəçiliyi kafirlərə fayda verməz. Çünki şəfaətçiliyin qəbul edilməsinin şərtlərindən biridə, Allahın şəfəat ediləcək kimsədən razı qalmasıdır.