يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحَرِّمُواْ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ٨٧
Yā'ayyuhal-ladhīna āmanū lā tuharrimū tayyibāti mā ahallallāhu lakum walā ta'tadū innallāha lā yuhibbul-mu'tadīn
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz.
Təfsir
Ey iman gətirənlər! Yeməklərdən, içkilərdən və nikahlardan təmiz və pak olanını haram etməyin, Allahın sizə bəxş etdiyi bu nemətləri zahidlik edərək və ya ibadət məqsədi ilə özünüzə haram etməyin və Allahın sizə haram etdiyi hüdudları aşmayın. Həqiqətən, Allah, Onun hüdudlarını aşanları sevmər, əksinə bunu edənlərə qəzəblənər.