وَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّٰلِحِينَ ٨٤
Wamā lanā lā nu'minu billāhi wamā jā'anā minal-haqqi wanatma'u an yudkhilanā rabbunā ma'al-qawmis-sālihīn
Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid etdiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!”
Təfsir
Bizə Allaha və Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyi haqdan nazil edilənə iman etməyə mane olan səbəb nədir?! Axı biz, peyğəmbərlərlə və onların Allaha itaət edib Onun əzabından qorxan ardıcılları ilə birlikdə Cənnətə daxil olacağımıza ümid edirik.