لُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ٧٨
Lu'inal-ladhīna kafarū mim banī isrā'īla 'alā lisāni dāwūda wa'īsabni maryama dhālika bimā 'asaw wwakānū ya'tadūn
İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olmalarına və (Allahın qoyduğu) hədləri aşmalarına görə idi.
Təfsir
Pak olan Allah, Davuda nazil etdiyi Kitabda - Zəburda və Məryəm oğlu İsaya nazil etdiyi Kitabda - İncildə İsrail oğullarından kafir olanları Öz rəhmətindən qovduğunu xəbər vermişdir. Onların Allahın rəhmətdən qovulma səbəbi, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.