كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ ٧٩
Kānū lā yatanāhawna 'am munkarin fa'alūhu labi'sa mā kānū yaf'alūn
Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri (əməllər) necə də pisdir!
Təfsir
Onlar bir-birlərini etdikləri günahlardan çəkindirmirdilər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların etdikləri necə də pisdir!