Al-Ma'idah surəsi, ayə 77

5:77

قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ غَيۡرَ ٱلۡحَقِّ وَلَا تَتَّبِعُوٓاْ أَهۡوَآءَ قَوۡمٖ قَدۡ ضَلُّواْ مِن قَبۡلُ وَأَضَلُّواْ كَثِيرٗا وَضَلُّواْ عَن سَوَآءِ ٱلسَّبِيلِ ٧٧

Qul yā'ahlal-kitābi lā taghlū fī dīnikum ghayral-haqqi walā tattabi'ū ahwā'a qawmin qad dallū min qablu wa adallū kathīran wadallū 'an sawā'is-sabīl

De: “Ey Kitab əhli! Dininizdə haqsız olaraq ifrata varmayın. Öncədən azmış, bir çoxlarını da azdırmış və doğru yoldan uzaqlaşmış bir toplumun istəklərinə uymayın”.

Təfsir

Ey Peyğəmbər! Nəsranilərə de: "Əmr olunduğunuz haqqa tabe olmaqda həddinizi aşmayın. Həm özləri haqq yoldan azmış, həm də ki, bir çoxlarını azdırmış azğın ata-babalarınızın ardınca getdiyinizə görə, Peyğəmbərlər kimi təzim etməyi əmr ounduğunuz şəxsləri təzim etməkdə ifrata varıb, Məryəm oğlu İsaya etdiyiniz kimi onların da ilah olduğunu etiqad etməyin".