وَٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمِيثَٰقَهُ ٱلَّذِي وَاثَقَكُم بِهِۦٓ إِذۡ قُلۡتُمۡ سَمِعۡنَا وَأَطَعۡنَاۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧
Wadhkurū ni'matallāhi 'alaykum wamīthāqahul-ladhī wāthaqakum bihī idh qultum sami'nā wa ata'nā wattaqullāha innallāha 'alīmu bidhātis-sudūr
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir.
Təfsir
Allahın sizə olan hidayət və İslam nemətini və Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xoş gündə və sıxıntı anlarında əmirləri dinləyib itaət edəcəyinizə dair beyət etdikdə: "Sözünü eşitdik və əmrinə itaət etdik!"– dediyiniz zaman sizdən aldığımız əhdi xatırlayın. Allahdan Onun əmrlərini yerinə yetirməklə -həmçinin əhdlərinidə- və qadağalarından çəkinməklə qorxun! Şübhəsiz ki, Allah, qəlblərdə olanları bilir və Ona heç bir şey gizli qalmaz.