يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلۡقِسۡطِۖ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ٨
Yā'ayyuhal-ladhīna āmanū kūnū qawwāmīna lillāhi shuhadā'a bil-qisti walā yajrimannakum shana'ānu qawmin 'alā allā ta'dilu'dilū huwa aqrabu lit-taqwā wattaqullāha innallāha khabīru bimā ta'malūn
Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha və Onun peyğəmbərinə iman gətirənlər kimsələr! Allahın rizasını qazanmaq üçün, Allahın sizin üzərinizdə olan haqqlarını qoruyan, zülümlə deyil, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan qəzəb sizi ədalətsizliyə sövq etməsin. Dost ilə də, düşmənlə də ədalətlə rəftar edin. Onların hər ikisi ilədə ədalətli olun. Ədalətli olmaq, Allahdan qorxmaqa, zalım olmaq isə xüsrana uğramağa daha yaxındır. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, əməllərinizin əvəzini verəcəkdir.