Al-Ma'idah surəsi, ayə 67

5:67

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ٦٧

Yā'ayyuhar-rasūlu balligh mā unzila ilayka mir rabbika wa il lam taf'al famā ballaghta risālatahū wallāhu ya'simuka minan-nāsi innallāha lā yahdil-qawmal-kāfirīn

Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafir qövmü doğru yola yönəltməz.

Təfsir

Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni kamil şəkildə xəbət ver və ondan heç bir şey gizlətmə! Əgər sən ondan nəsə gizlətsən, o zaman Rəbbinin risalətini çatdırmış olmazsan. (Artıq Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbinin ona nazil etdiyi hər bir şeyi insanlara çatdırmışdır. Kim bunun əksini idda edərsə, bilsin ki, o, Allah adından böyük yalan danışmışdır). Bu gündən etibarən Allah sə­ni in­san­lardan qoru­yacaq, bunda sonra onlar sənə heç bir zərər yetirə bilməyəcəklər. Sənə vacib olan isə haqqı çatdırmaqdır. Allah haqq yola yönəlmək istəməyən kafirləri doğru yola müvəffəq etməz.