وَلَوۡ أَنَّهُمۡ أَقَامُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡهِم مِّن رَّبِّهِمۡ لَأَكَلُواْ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۚ مِّنۡهُمۡ أُمَّةٞ مُّقۡتَصِدَةٞۖ وَكَثِيرٞ مِّنۡهُمۡ سَآءَ مَا يَعۡمَلُونَ ٦٦
Walaw annahum aqāmut-tawrāta wal-injīla wamā unzila ilayhim mir rabbihim la akalū min fawqihim wamin tahti arjulihim minhum ummatum muqtasidatun wakathīrum minhum sā'a mā ya'malūn
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər. Onların arasında orta yol tutan bir zümrə vardır. Lakin əksəriyyətinin etdiyi əməllər necə də pisdir.
Təfsir
Əgər yəhudilər Tövratda, nəsranilər İncildə olana və Quranda özlərinə nazil edilənin hamısına əməl etsəydilər, yağışı yağdırmaqla və yerdən bitki yetişdirməklə sizə ruzi qapılarını asanlaşdırardım. Kitab əhlindən haqq üzərində sabit qalıb orta yol tutan bir zümrə vardır. Lakin onların çoxunun imanı olmadığı üçün əməllərini zay etdilər.