قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۖ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٦٨
Qul yā'ahlal-kitābi lastum 'alā shay'in hattā tuqīmut-tawrāta wal-injīla wamā unzila ilaykum mir rabbikum walayazīdanna kathīram minhum mā unzila ilayka mir rabbika tughyānan wakufran falā ta'sa 'alal-qawmil-kāfirīn
De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz (doğru) bir şey (yol) üzərində deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir qövm üçün heyifsilənmə.
Təfsir
Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə nazil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyilsiniz". Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küfrünü daha da artıracaqdır. Sən isə bu kafirlər üçün heyifsilənmə. Sənin ardınca gələn möminlər bəs edərlər.