يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَٱبۡتَغُوٓاْ إِلَيۡهِ ٱلۡوَسِيلَةَ وَجَٰهِدُواْ فِي سَبِيلِهِۦ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٣٥
Yā'ayyuhal-ladhīna āmanut-taqullāha wabtaghū ilayhil-wasīlata wajāhidū fī sabīlihī la'allakum tuflihūn
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
Təfsir
Ey iman gətirənlər! Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Sizə əmr etdiklərini əda edib, çəkindirdiklərindən uzaq durmaqla, Ona yaxınlaşmaq üçün yol axtarın. Onun razılığını qazanmaq üçün kafirlərlə cihad edin ki, əgər belə etsəniz, bəlkə istədiyinizə nail olub, qorxduqunuzdan nicat tapasınız.