إِلَّا ٱلَّذِينَ تَابُواْ مِن قَبۡلِ أَن تَقۡدِرُواْ عَلَيۡهِمۡۖ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٣٤
Illal-ladhīna tābū min qabli an taqdirū 'alayhim fa'lamū annallāha ghafūrur rahīm
Yalnız əlinizə keçməmişdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
Təfsir
Ey əmr sahibləri! Quldurluq edən kimsələrdən əlinizə keçməzdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, onlar tövbə etdikdən sonra Allah onları bağışlayandır. Onlara əzab verməməsi də Allahın onlara olan bir rəhmətidir.