Al-Ma'idah surəsi, ayə 20

5:20

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ٢٠

Wa idh qāla mūsā liqawmihī yāqawmidhkurū ni'matallāhi 'alaykum idh ja'ala fīkum ambiyā'a waja'alakum mulūkan wa ātākum mā lam yu'ti ahadam minal-'ālamīn

Bir zaman Musa öz qövmünə (belə) demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər seçdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi.

Təfsir

Ey Peyğəmbər! Musanın bir zaman qövmü İsrail oğullarına: "Ey qövmüm! Alla­hın sizə bəxt etdiyi nemətini qəlbləriniz və dillərinizlə xa­tırlayın. Allah, öz aranızdan sizi doğru yola dəvət edən pey­ğəmbərlər göndərdiyi, siz qul olduqdan sonra sizi özünüzə sahib edən hökm­dar­lar təyin etdiyi və zamanınızda aləm­lər­dən heç bir kəsə vermədi­yi­ nemətləri sizə verdiyi nemətlərini xa­tırlayın"- dediyini yadına sal.