يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٩
Yā'ahlal-kitābi qad jā'akum rasūlunā yubayyinu lakum 'alā fatratim minar-rusuli an taqūlū mā jā'anā mim bashīrin walā nadhīrin faqad jā'akum bashīrun wanadhīrun wallāhu 'alā kulli shay'in qadīr
Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə (Cənnətlə) müjdələyən və (Cəhənnəmlə) qorxudan kimsə gəlmədi”– deməyəsiniz deyə, sizə (haqqı) bəyan edən rəsulumuz (Muhamməd) gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəlmişdir. Allah hər şeyə qadirdir.
Təfsir
Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi və peyğəmbərlərin gəlişinə böyük ehtiyac olduğu bir vaxtda üzür gətirərək: "Bizə Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan kimsə gəlmədi"– deməyəsiniz deyə, sizə Rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizi Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Bəşəriyyətə rəsulları göndərmək də Allahın qüdrətinin bir göstəricisidir. Allah bu rəsulları Muhəmmədi - sallallahu aleyhi və səlləm - göndərməklə tamamladı.