۞ وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١٢
Walaqad akhadhallāhu mīthāqa banī isrā'īla waba'athnā minhumuthnay 'ashara naqīban waqālallāhu innī ma'akum la in aqamtumus-salawāta wa ātaytumuz-zakawāta wa āmantum birusulī wa'azzartumūhum wa aqradtumullāha qardan hasanal la ukaffiranna 'ankum sayyi'ātikum wala'udkhilannakum jannātin tajrī min tahtihal-anhāru faman kafara ba'da dhālika minkum faqad dalla sawā'as-sabīl
Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı təyin etmişdik. Allah (onlara belə) demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları dəstəkləsəniz və (sədəqə verməklə) Allaha gözəl bir borc versəniz, əlbəttə, təqsirlərinizdən keçər və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizlərdən kim küfr edərsə, artıq doğru yoldan azmış olar”.
Təfsir
Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd alamışdı. Biz onlara on iki başçı təyin etdik. Bu başçıların hər biri, öz öhdəliyində olanlardan cavabdeh idi. Allah İsrail oğullarına demişdi: "Mən Öz köməyim və yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsanız, mallarınızın zəkatın versəniz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib onlara ehtiram edib, dəstəkləsəniz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri altından çaylar axan cənnətlərə daxil edərəm. Bu möhkəm əhdi aldıqdan sonra kim küfr edərsə, artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar".