Al-Ma'idah surəsi, ayə 11

5:11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١١

Yā'ayyuhal-ladhīna āmanudhkurū ni'matallāhi 'alaykum idh hamma qawmun an yabsutū ilaykum aydiyahum fakaffa aydiyahum 'ankum wattaqullāha wa'alallāhi falyatawakkalil-mu'minūn

Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir toplum sizə əl qaldırmaq fikrinə düşmüşdü, Allah isə onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Qoy möminlər (yalnız) Allaha təvəkkül etsinlər!

Təfsir

Ey iman gətirənlər! Alla­­hın sizə bəxş etdiyi əmin-amanlıq və düşmənlərinizin (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizi məhv etmək üçün əllərini sizə uzatdıqları zaman onların qəlblərinə qorxu salıb, onların hiyləsini sizdən uzaqlaşdırıb və sizi onların şərindən qoruduğumuz nemətini qəlbləriniz və dillərinizlə xatırla­yın. Allah­­ın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qor­xun! Qoy mö­min­lər dini və dünyavi mənfəətlərini əldə etmə üçün tək Allaha etimad etsinlər!