مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ١١٧
Mā qultu lahum illā mā amartanī bihī ani'budullāha rabbī warabbakum wakuntu 'alayhim shahīdam mā dumtu fīhim falammā tawaffaytanī kunta antar-raqība 'alayhim wa anta 'alā kulli shay'in shahīd
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Sən oldun. Sən hər şeyə şahidsən.
Təfsir
İsa - aleyihssəlam - Rəbbinə dedi: "Mən insanlara ancaq Sənin mənə əmr etdiyini, onların yalnız Sənə ibadət etmələri əmrinidən başqa bir şey deməmişəm. Mən onların arasında olduğum müddətcə, dediklərinə şahid idim. Ey Rəbbim! Sən məni diri ikən göyə qaldıraraq, onların arasından olmağıma son qoyduqdan sonra əməllərinə nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən. Sənə heç bir şey gizlində qalmaz. Mənim onlara dediyim və onların məndən sonra dedikləri səndən gizli qalmaz.