وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ ١١٦
Wa idh qālallāhu yā'īsabna maryama a'anta qulta lin-nāsit-takhidhūnī wa ummiya ilāhayni min dūnillāhi qāla subhānaka mā yakūnu lī an aqūla mā laysa lī bihaqqin in kuntu qultuhū faqad 'alimtahū ta'lamu mā fī nafsī walā a'lamu mā fī nafsika innaka anta 'allāmul-ghuyūb
Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” (İsa da belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Səndə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
Təfsir
Qiyamət günü Allah Məryəm oğlu İsaya - aleyihssəlam - xitab edərək: "Ey Məryəm oğlu İsa! Sən insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin, deyəcəyini yadına sal?!" İsa - aleyihssəlam - Rəbbini bundan uca tutaraq cavabında deyəcək: "Onlara haqdan başqa bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Çünki Sənə heç bir şey gizli qalmaz. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybdə, gizlində və zahirdə olan hər bir şeyi bilən tək Sənsən!