قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ١١٥
Qālallāhu innī munazziluhā 'alaykum faman yakfur ba'du minkum fa innī u'addhibuhū 'adhābal lā u'addhibuhū ahadam minal-'ālamīn
Allah buyurdu: “Mən onu sizə endirərəm. Amma (bundan) sonra aranızdan kim küfr edərsə, ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verərəm”.
Təfsir
Allah İsanın - aleyhissəlam - duasına cavab verərək belə buyurdu: "Mən sizin tələbinizi nəzərə alıb o süfrəni sizə endirəcəyəm. Lakin bundan sonra aranızdan kimsə kafir olarsa, öz nəfsindən başqa heç kəsi qınamasın. O açıq-aydın möcüzəyə şahid olduqları üçün, ona heç kəsə vermədiyim şiddətli bir əzabı verərəm. Çünki onun etdiyi küfr, Allahı inkar edərək küfrdür". Beləliklədə Allah onlara verdiyi vədi tutdu və onlara həmən süfrəni nazil etdi.