Al-Ma'idah surəsi, ayə 1

5:1

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَوۡفُواْ بِٱلۡعُقُودِۚ أُحِلَّتۡ لَكُم بَهِيمَةُ ٱلۡأَنۡعَٰمِ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡ غَيۡرَ مُحِلِّي ٱلصَّيۡدِ وَأَنتُمۡ حُرُمٌۗ إِنَّ ٱللَّهَ يَحۡكُمُ مَا يُرِيدُ ١

Yā'ayyuhal-ladhīna āmanū awfū bil-'uqūdi uhillat lakum bahīmatul-an'āmi illā mā yutlā 'alaykum ghayra muhillis-saydi wa antum hurumun innallāha yahkumu mā yurīd

Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. İhramda ikən ov ovlamaq qadağan edilməsi ilə yanaşı, (adları) sizə bildiriləcək heyvanlar da müstəsna olmaqla, digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.

Təfsir

Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhd­ləri­nizi ye­rinə yetirin. Sizə həcc yaxud ömrə ih­ram­ında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək hey­vanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu si­zə halal etdi. Həqi­qətən, Allah hikmətinə müvafiq is­tədiyi halal və ya haram hök­münü verir, bu işdə Onu məcbur və hökmünə etiraz edən bir kimsə yoxdur.