فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِي ٱلسَّفِينَةِ خَرَقَهَاۖ قَالَ أَخَرَقۡتَهَا لِتُغۡرِقَ أَهۡلَهَا لَقَدۡ جِئۡتَ شَيۡـًٔا إِمۡرٗا ٧١
Fantalaqā hattā idhā rakibā fis-safīnati kharaqahā qāla akharaqtahā litughriqa ahlahā laqad ji'ta shay'an imrā
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, böyük bir pis iş gördün”.
Təfsir
Xızır Musa ilə şərti kəsdikdən sonra bir gəmi tapana qədər hər ikisi də dəniz sahilinə tərəf getdilər. Nəhayət, bir gəmi tapdıqları zaman, gəmi sahibi Xızıra hörmət əlamti olaraq onları pulsuz və heç bir qarşılıq almadan gəmiyə mindirdi. Bu zaman Xızır gəminin bir taxtasını sındırıb çıxararaq gəmidə dəlik açdı. Musa ona dedi: "Gəmi sahibi bizi pulsuz-parasız gəmiyə mindirdiyi halda, sən isə gəmidə olanların suyda batması üçün onu deşdin?! Həqiqətən sən, böyük bir günah iş gördün!"