وَعُرِضُواْ عَلَىٰ رَبِّكَ صَفّٗا لَّقَدۡ جِئۡتُمُونَا كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةِۭۚ بَلۡ زَعَمۡتُمۡ أَلَّن نَّجۡعَلَ لَكُم مَّوۡعِدٗا ٤٨
Wa'uridū 'alā rabbika saffal laqad ji'tumūnā kamā khalaqnākum awwala marrati bal za'amtum allan naj'ala lakum maw'idā
Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan) gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.
Təfsir
İnsanlar Rəbbinə səf-səf ərz olunacaqlar, Uca Allah da onları hesaba çəkərək belə deyəcəkdir: "Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi tək başına, ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda gəldiniz. Əksinə, siz, bir daha dirilməyəcəyinizi, etdiyiniz yaxşı və ya pis əməllərin mükafatını vermək üçün Biz sizə müəyyən bir zaman və məkan təyin etməyəcəyimizi zənn edirdiniz!"