Al-Kahf surəsi, ayə 47

18:47

وَيَوۡمَ نُسَيِّرُ ٱلۡجِبَالَ وَتَرَى ٱلۡأَرۡضَ بَارِزَةٗ وَحَشَرۡنَٰهُمۡ فَلَمۡ نُغَادِرۡ مِنۡهُمۡ أَحَدٗا ٤٧

Wayawma nusayyirul-jibāla wataral-arda bārizatan wahasharnāhum falam nughādir minhum ahadā

O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənarda) buraxmayacağıq.

Təfsir

Dağları yerindən yox edəcəyimiz günü xatırla. Yer üzərində olan dağların, ağacların və binaların tamamən yox olduğu üçün sən yer üzünü düm­düz olduğu­nu görəcək­sən. O gün Biz, bütün məxluqatı bir yerə cəm edəcəyik, on­lar­dan heç birini də diriltmədən, öz qəbrində ölmüş bir halda bu­raxmayacağıq.