وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا ٢١
Wakadhālika a'tharnā 'alayhim liya'lamū anna wa'dallāhi haqqun wa annas-sā'ata lā rayba fīhā idh yatanāza'ūna baynahum amrahum faqālubnū 'alayhim bunyānar rabbuhum a'lamu bihim qālal-ladhīna ghalabū 'alā amrihim lanattakhidhanna 'alayhim masjidā
Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.
Təfsir
Beləliklə, Bizim, əshabi-kəhfi uzun illər yuxuya daldırmağımız, bu uzun ilərdən sonra onları yuxudan oyatmağımız, öz şəhərlərində yaşayanlara Allahın möminlərə yardım edəcək vədinin və öldükdən sonra yenidən dirilmənin həqiqət olduğunu və qiyamət saatının da mütləq qopacağını onlara bildirib xəbərdar etmək üçün qüdrətimizə dəlalət edən qəribə işlərimizdən biridir. Əshabi-kəhfin halı insanlara bəlli olduqdan sonra onlar bir müddət həyat sürüb, bunun ardından vəfat etdilər. Onların bu durumuna şahid olan kimsələr onlar üçün nə edəcəkləri darədə ixtilaf etdilər. Onlardan bəziləri: "Əshabi-kəhfi qorumaq və mühafizə etmək üçün mağaranın girəcəyinə bir divar hörün, Rəbbi onların halını daha yaxşı bilir, çünki onların uzun illər mağarada yatdıqdan sonra yuxudan oyanmalıarı onların Allah yanında yüksək məqama sahib olduqlarını göstərir!" – dedilər. Bu zaman öz qövmü arasında bəzi nüfuz sahibləri, lakin Allahın dinindən elmsiz olan və həmçinin doğru dəvət sahib olmayan kimsələr: "Əshabi-kəhfə hörmət əlaməti olaraq və onların uzun illər boyu yatdıqları yerlərinin bilinib xatırlanması üçün orada ibadət edilsin deyə onların üstündə bir mütləq bir məscid bina edəcəyik!" – dedilər.