نَّحۡنُ نَقُصُّ عَلَيۡكَ نَبَأَهُم بِٱلۡحَقِّۚ إِنَّهُمۡ فِتۡيَةٌ ءَامَنُواْ بِرَبِّهِمۡ وَزِدۡنَٰهُمۡ هُدٗى ١٣
Nnahnu naqussu 'alayka naba'ahum bil-haqqi innahum fityatun āmanū birabbihim wazidnāhum hudā
Biz onların əhvalatını sənə həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
Təfsir
Ey Peyğəmbər! Biz sənə onların başların gələn bu əhvalatı və barəsində heç bir şübhə olmayan bu xəbəri olduğu kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş və Allahın rizasını qazanmaq üçün saleh əməllər edən gənclər idi. Biz də onların haqq üzərində sabit qalmalarını və hidayətlərini artırdıq.