Al-Jinn surəsi, ayə 23

72:23

إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ٢٣

Illā balāgham minallāhi warisālātihī waman ya'sillāha warasūlahū fa inna lahū nāra jahannama khālidīna fīhā abadā

(Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”.

Təfsir

Mənim əlimdən gələn ancaq Allahın mənə sizə təbliğ etməyi buyurduqğu risaləti sizə təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləm) asi olarsa, onun gedəcəyi yer içərisində əbədi qalacağı, heç vaxt oradan çıxmayacağı Cəhənnəm odu olar.