قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا ٢١
Qul innī lā amliku lakum darran walā rashadā
De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”
Təfsir
Onlara de: "Mən nə Allahın sizin əleyhinizə yazdığı zərərin qarşısnı almağa, nə də Allahın sizi məhrum etdiyi xeyiri sizə verməyə qadirəm".