قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا ٢٠
Qul innamā ad'ū rabbī walā ushriku bihī ahadā
(Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”
Təfsir
Ey Peyğəmbər! O müşriklərə de: "Mən təkcə öz Rəbbimə dua edirəm. Kim olursa olsun, ibadətdə heç kəsi, Ona şərik qoşmuram!".