ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا ٩٨
Dhālika jazā'uhum bi annahum kafarū bi'āyātinā waqālū a'idhā kunnā 'izāman warufātan a'innā lamab'ūthūna khalqan jadīdā
Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.
Təfsir
Bu, onların elçilərimizə nazil etdilən ayələrimizi inkar etdiklərinə və öldüklən sonra yenidən dirilməyi mümkün olduğuna inanmayaraq: "Məgər biz öldükdən, sümüklərimiz çürüyüb, ovulub torpağa qarışdıqdan sonra yeni bir məxluq olaraq dirildiləcəyik?" – dediklərinə görə onlara veriləcək cəzalarıdır.