وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا ٩٧
Waman yahdillāhu fahuwal-muhtadi waman yudlil falan tajida lahum awliyā'a min dūnihī wanahshuruhum yawmal-qiyāmati 'alā wujūhihim 'umyan wabukman wasummam ma'wāhum jahannamu kullamā khabat zidnāhum sa'īrā
Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.
Təfsir
Allah kimi hidayət yoluna yönəldirsə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan azdırırsa, onları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Cəhənnəmin atəşi azaldıqca onlar üçün atəşi daha da artıracağıq!