Al-Isra surəsi, ayə 70

17:70

۞ وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا ٧٠

Walaqad karramnā banī ādama wahamalnāhum fil-barri wal-bahri warazaqnāhum minat-tayyibāti wafaddalnāhum 'alā kathīrim mimman khalaqnā tafdīlā

Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.

Təfsir

Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hör­mətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və də­niz­də də gəmiləri onlar üçün ram etdik, on­lara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları ya­rat­dıq­larımızın ço­xun­dan üstün etdik.