Al-Isra surəsi, ayə 71

17:71

يَوۡمَ نَدۡعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَٰمِهِمۡۖ فَمَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَٰٓئِكَ يَقۡرَءُونَ كِتَٰبَهُمۡ وَلَا يُظۡلَمُونَ فَتِيلٗا ٧١

Yawma nad'ū kulla unāsi bi imāmihim faman ūtiya kitābahū biyamīnihī fa ulā'ika yaqra'ūna kitābahum walā yuzlamūna fatīlā

O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.

Təfsir

Ey Peyğəmbər! Hər bir insan toplumunu dünyada ardınca getdikləri baş­çı­la­rı ilə birlikdə çağıra­cağımız günü xatırla. Kimlərin əməl dəftəri sağ əlinə verilərsə, onlar kitab­la­rını sevinclə oxu­yacaq və savabları xurma çəyirdə­yinin üzərində olan ip qədər azda olsa belə savablarını naqis edərək onlara zülm edilmə­yə­cəkdir.