Al-Isra surəsi, ayə 65

17:65

إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٞۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلٗا ٦٥

Inna 'ibādī laysa laka 'alayhim sultānun wakafā birabbika wakīlā

Şübhəsiz ki, ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.

Təfsir

Ey İblis! Şübhəsiz ki, Mənə itaət edərək saleh əməllər edən mömin qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Çünki Allah sənin şərindən və vəsfəsəndən onları qoruyacaqdır. Bütün işlərində Allaha təvəkkül edən quluna Allah vəkil olaraq kifayət edər.