وَإِذۡ قُلۡنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلۡنَا ٱلرُّءۡيَا ٱلَّتِيٓ أَرَيۡنَٰكَ إِلَّا فِتۡنَةٗ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلۡمَلۡعُونَةَ فِي ٱلۡقُرۡءَانِۚ وَنُخَوِّفُهُمۡ فَمَا يَزِيدُهُمۡ إِلَّا طُغۡيَٰنٗا كَبِيرٗا ٦٠
Wa idh qulnā laka inna rabbaka ahāta bin-nāsi wamā ja'alnar-ru'yal-latī araynāka illā fitnatal lin-nāsi wash-shajaratal-mal'ūnata fil-qur'āni wanukhawwifuhum famā yazīduhum illā tughyānan kabīrā
Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.
Təfsir
Ey Peyğəmbər! Bir zaman Biz sənə: "Rəbbin bütün insanları qüdrəti ilə əhatə etmişdir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!"– dediyimizi xatırla. Biz İsra gecəsi sənə göstərdiyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Quranda lənətlənmiş, Cəhənnəmin dibindən çıxanb zəqqum adlı ağacı insanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə onları qorxuduruq, lakin onları qorxudmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və azğınlıqlarını bir daha da artırır!