Al-Isra surəsi, ayə 59

17:59

وَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا ٥٩

Wamā mana'anā an nursila bil-āyāti illā an kaddhaba bihal-awwalūna wa ātaynā thamūdan-nāqata mubsiratan fazalamū bihā wamā nursilu bil-āyāti illā takhwīfā

Bizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk.

Təfsir

Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Sə­mud qövmünə açıq-aydın möcüzə ki­mi bir dişi dəvə verdik, lakin on­lar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz mö­cü­zələri rəsulların vasitəsi ilə yal­nız ümmətləri qor­xutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.