Al-Isra surəsi, ayə 57

17:57

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا ٥٧

Ulā'ikal-ladhīna yad'ūna yabtaghūna ilā rabbihimul-wasīlata ayyuhum aqrabu wayarjūna rahmatahū wayakhāfūna 'adhābahū inna 'adhāba rabbika kāna mahdhūrā

Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır.

Təfsir

Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan mə­budları, öz­ləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qor­xur­lar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əza­bın­dan çəkinmək gə­rəkdir!