Al-Isra surəsi, ayə 54

17:54

رَّبُّكُمۡ أَعۡلَمُ بِكُمۡۖ إِن يَشَأۡ يَرۡحَمۡكُمۡ أَوۡ إِن يَشَأۡ يُعَذِّبۡكُمۡۚ وَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ وَكِيلٗا ٥٤

Rrabbukum a'lamu bikum in yasha' yarhamkum aw in yasha' yu'addhibkum wamā arsalnāka 'alayhim wakīlā

Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil olaraq göndərmədik.

Təfsir

Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı ta­nıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni on­ları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil gön­dər­mə­mi­şik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.