نَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٤٧
Nnahnu a'lamu bimā yastami'ūna bihī idh yastami'ūna ilayka wa idh hum najwā idh yaqūluz-zālimūna in tattabi'ūna illā rajulam mashūrā
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.
Təfsir
Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söhbət edərkən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: "Ey İnsanlar! Siz ancaq sehrlənmiş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!" – dediklərini çox yaxşı bilirik.