Al-Isra surəsi, ayə 41

17:41

وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا ٤١

Walaqad sarrafnā fī hādhal-qur'āni liyaddhakkarū wamā yazīduhum illā nufūrā

Biz bu Quranda (şəri əhkamları) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu, onların yalnız nifrətini artırdı.

Təfsir

İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əh­kamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da ar­tmasına səbəb oldu.