Al-Isra surəsi, ayə 40

17:40

أَفَأَصۡفَىٰكُمۡ رَبُّكُم بِٱلۡبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلۡمَلَٰٓئِكَةِ إِنَٰثًاۚ إِنَّكُمۡ لَتَقُولُونَ قَوۡلًا عَظِيمٗا ٤٠

Afa'asfākum rabbukum bil-banīna wattakhadha minal-malā'ikati ināthan innakum lataqūlūna qawlan 'azīmā

Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca pis söz danışırsınız.

Təfsir

Ey: "Mələklər Allahın qızlarıdır!" – deyən müşriklər! Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.