وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخۡرِقَ ٱلۡأَرۡضَ وَلَن تَبۡلُغَ ٱلۡجِبَالَ طُولٗا ٣٧
Walā tamshi fil-ardi marahan innaka lan takhriqal-arda walan tablughal-jibāla tūlā
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.
Təfsir
Yer üzündə özündən razı, lovğalanaraq gəzmə. Çünki sən yer üzündə nə qədər də özündən razı, lovğalanaraq gəzsəndə, bu gəzişinlə nə yeri yara bilərsən, nə də ki, boy-buxunun yüksələrək dağların çatdığı yüksəkliklərə çata bilərsən. Belə olduğu təqdirdə, nəyə görə təkəbbürlük edirsən?!