لَّا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقۡعُدَ مَذۡمُومٗا مَّخۡذُولٗا ٢٢
Llā taj'al ma'allāhi ilāhan ākhara fataq'uda madhmūmam makhdhūlā
Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və zəlil (köməksiz) vəziyyətdə qalarsan.
Təfsir
Ey İnsan! Özünə, Allahla yanaşı başqa məbud qəbul edib, ona ibadət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.